“Pley-offa yüksələ bilməyən komandalardan Azərbaycan yığması misilsiz təsir bağışladı”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Ukrayna millisinin baş məşqçisi Stanislav Qonçarenko deyib.
Təcrübəli mütəxəssisi Belçikada keçirilən Avropa çempionatının final mərhələsi ilə bağlı verdiyi müsahibədə yarışda uğursuz çıxış edən Azərbaycan yığmasını da dəyərləndirib. Qonçarenko qrupda qalan millimizin 2 fərqli matç keçirdiyini düşünür: “Azərbaycanlılar Sloveniya ilə oyunboyu geridə olsa da, bir neçə saniyədə qələbəni qopara bildi. Lakin təəssüf ki, İtaliya ilə görüşdə tamamilə aciz bir komanda gördük. Bu da sonradan çempion olan apenninlilərə 0:7 hesablı məğlubiyyətlə nəticələndi”.
Qeyd edək ki, Ukrayna yığması mübarizəni 1/4 finalda dayandırıb.