[b]“Azərbaycan yığması niyə də Avropa çempionatında iştirak etməsin?”[/b]
05.09.2014 - 11:47
[b]“Azərbaycan yığması niyə də Avropa çempionatında iştirak etməsin?”[/b]

Bu gün AFFA və “Unilever” şirkətinin ən populyar markalarından olan “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədov tədbirin əvvəlində iştirakçıları salamlayıb.


“Clear”lə əməkdaşlıqdan məmnunluq duyduğunu bildirən Məmmədov niyə indi müqavilə bağlanmasına aydınlıq gətirib: “Bildiyiniz kimi, 3 ay əvvəl “Clear”lə əməkdaşlıq haqqında qərar qəbul etmişdik. Ziya bəylə qərara gəldik ki, imzalanma mərasimi seçmə mərhələdən öncə təşkil olunsun”.

“Unilever” şirkətinin Qafqaz və Mərkəzi Asiya zonası üzrə icraçı direktoru olan Ziya Dolmaniç isə AFFA ilə əməkdaşlıq etmələri haqqında bunları söyləyib: “Bir daha bu gözəl ölkəyə gəlməkdən qürur duyuram. Sizinlə bizim aramızda ortaq nöqtələrimiz çoxdur. Bir ortaq cəhətimiz də var ki, futbola bağlıyıq. Son 20 ildə Azərbaycanın 100 pillə irəliləməsi diqqətimi çəkdi. Biz bundan qürur duyuruq. İnşallah, milliniz Avropa çempionatında iştirak edər. Azərbaycan yığması niyə də Avropa çempionatında iştirak etməsin?”

Daha sonra tərəflər arasında imzalanma mərasimi təşkil olunub. Sonda millimizin baş məşqçisi Berti Foqts və Ruslan Abışov Ziya Dolmaniçə yığmanın formasını təqdim edib. Dolmaniç də öz növbəsində AFFA-ya xüsusi hədiyyə təqdim edib.

Qeyd edək ki, bu il mayın 26-dan qüvvəyə minən sponsorluq müqaviləsinə əsasən “Clear” milli komandamızın rəsmi şampunudur.