“İtaliya millisi qrupumuzun aşkar favoritidir. Bu ölkə bizimlə qonşu olduğundan, onları çox yaxşı tanıyırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Sloveniya yığmasının baş məşqçisi Andrey Dobroviçnik deyib.
Çalışdırıcı Avro-2014-ün Belçikada keçiriləcək final mərhələsi ərəfəsində UEFA-nın rəsmi saytına müsahibə verib. C qrupunda Azərbaycan yığmasının rəqibi olan sabiq yuqoslaviyalıların məşqçisi 2-ci yer ümidindədir: “Əminəm ki, İtaliya ilə matçda da oyunçularımız əlindən gələni edəcəklər. Azərbaycan yığmasını isə özümüzlə müqayisə edə bilərik. Biz bu komandanı öyrənməyə çalışırıq. Onların görüşlərinin videolarını toplamışıq. Azərbaycan millisi çox unikal komandadır. Lakin biz çalışacağıq ki, nəticə qazana bilək. İndiyədək final mərhələlərində xal yığmamışıq. Buna görə də belə qrupda qazanılan hər xal bizim üçün uğurdur”.
Qeyd edək ki, Azərbaycan – Sloveniya oyunu yanvarın 31-də keçiriləcək.