“Yığmada milliləşən legionerlərin olması insanları narahat edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Rusiya yığmasının baş məşqçisi Sergey Skoroviç deyib.
Təcrübəli mütəxəssis komandasının Avropa çempionatının final mərhələsinə çıxmasından sonra verdiyi müsahibədə heyətdə braziliyalıların olmasına toxunub. Skoroviç Azərbaycan nümunəsini də önə çəkib: “Mətbuat və azarkeşlər daim milliləşmə məsələsinə toxunur. Biz də çalışırıq ki, onlara izah edək. Finalda qarşılaşdığımız İtaliya yığmasında ölkə vətəndaşları çıxış edir. Orada milliləşmə söhbəti yoxdur. Portuqaliya, Azərbaycan və başqa ölkələrdə də eyni vəziyyətdir”.
Qeyd edək ki, sabah keçiriləcək finalda Rusiya ilə İtaliya üz-üzə gələcək.
“Azərbaycan yığmasında da eyni vəziyyətdir”
08.02.2014 - 11:41
0
0