“Azərbaycanla oyun gərgin və məhsuldar keçdi”. Apasport.az saytının məlumatına görə, bunu 16 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Hakan Tecimer deyib.
O, Egey kubokunun qrup mərhələsinin II turunda millimizlə görüş haqda fikirlərini açıqlayıb: “Qarşılaşmanın ikinci hissəsində futbolçularımız istək nümayiş etdirdilər. Buna görə onları alqışlayıram. Qrup mərhələsini uğurla adlayıb, mərhələ keçmək iddiasındayıq. Bunun üçün qalib gəlməyə borclu idik. Növbəti oyunda Yunanıstanı da məğlub edib, finala lider kimi çıxmaq istəyirik”.
Qeyd edək ki, türkiyəlilər 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını 7:1 hesabı ilə məğlub ediblər.