“Azərbaycanda 3 qat artıq pul vəd edirdilər”
23.12.2014 - 15:54
“Azərbaycanda 3 qat artıq pul vəd edirdilər”

Ukrayna millisinin sabiq futbolçusu Dmitri Mixaylenko karyerasını Azərbaycanda başa vura bilərmiş. Apasport.az saytının məlumatına görə, bunu 41 yaşlı futbol veteranının özü açıqlayıb.

 

O bildirib ki, karyerasının son illərini (2007-09) keçirdiyi Kipr APOEL-ində oynadığı vaxt klublarımızdan biri ona çox cəlbedici təklif göndərib: “Kiprin ən yaxşı çimərliklərinin yaxınlığındakı Pafos şəhərində məskunlaşmışdıq. Ailəmlə birlikdə əla evlə təmin olunmuşduq. Həmin vaxt Azərbaycanda təklif almışdım. Onlar mənə Kiprdə qazandığımdan 3 qat artıq pul ödəməyi vəd edirdilər. Amma mənim üçün mənəvi tarazlıq daha qiymətli oldu. Baxmayaraq ki, sonda kiprlilər pulla bağlı məsələdə məni aldatdılar, indi də eyni addımı atardım”.

 

Qeyd edək ki, Ukrayna yığmasında 23 oyuna 2 qol vuran futbolçu vətənində 7 çempionluq, 4 kubok qazanıb. Daha bir kuboka APOEL-də yiyələnən Mixaylenko karyerasının ən parlaq dövrünü “Dnepr” və Kiyev “Dinamo”sunda keçirib