“Bakı”da çalışacağımla bağlı yayılan xəbərlər yanlışdır”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” ilə yollarını ayıran qapıçılar üzrə məşqçi Neboyşa Manoyloviç deyib.
Serb mütəxəssis “Bakı”nın baş məşqçisi Milinko Pantiçlə münasibətlərinin yaxşı olduğunu, amma Azərbaycana qayıtmaq kimi bir fikrinin olmadığını bildirib: “Mənim Pantiçlə əla münasibətlərim var. Amma bu, o demək deyil ki, “Bakı”da çalışacağam. Azərbaycanda işləyəsi olsaydım, “Neftçi”də qalardım. Onlarla əlaqələrim çox yaxşıdır. Sadəcə, artıq yorulmuşam və bir müddət istirahətə ehtiyacım var. 8 il ardıcıl Bakıda işlədim. İndi ailəmlə istirahət edəcəm”.