“Bu keçidə görə klubun sahibləri olan Klaudio Lotito və Marko Metsaromaya minnətdaram. Azərbaycandan ayrıldıqdan sonra karyeramı İtaliyada davam etdirməyim çox yaxşıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” ilə yollarını ayıran və İtaliya klubu “Salernitana” ilə anlaşan Andrey Kristea deyib.
İtaliya mətbuatına danışan rumıniyalı hücumçu həm yeni klubunu, həm də şəhəri tərifləyib: “Komandamın bir oyununu izləmişəm və çox bəyənmişəm. “Salernitano” bu oyunla B seriyasına layiqdi. Salerno da möhtəşəm şəhərdi. İlk növbədə əvvəlki formamı bərpa etməli, ondan sonra da özümü baş məşqçiyə göstərməliyəm”.
Artıq “Qəbələ” də Kristea ilə müqaviləni qarşılıqlı razılıqla ləğv etdiyini açıqlayıb.
Qeyd edək ki, “Salernitana” hazırda İtaliya C seriyasının III qrupuna başçılıq edir və B seriyasına yüksəlməyə əsas namizəddi.