“Azərbaycanı qabaqlaya bilərdik”
28.03.2014 - 09:02
“Azərbaycanı qabaqlaya bilərdik”

“Çalışırıq ki, dövlət büdcəsindən pul istəməyək. Hələlik öz gücümüz hesabına bunun öhdəsindən gəlirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib.

 

Qurum başçısı federasiyanın konqresi ərəfəsində verdiyi müsahibədə hədəflərindən danışıb. Çebanu vəsait azlığının Azərbaycanla ayaqlaşmağa imkan vermədiyini açıqlayıb: “Son vaxtlar nəticələrimiz də pis deyil. Əlbəttə ki, dövlətin dəstəyi ilə Moldova futbolu daha sürətlə inkişaf edərdi. Onda biz Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan kimi ölkələri inkişafda qabaqlaya bilərdik”.

 

Qeyd edək ki, Azərbaycan FİFA reytinqində 91-ci, Moldova 108-cidir.

0