“Azərbaycanla matç çox vacib deyil”
03.09.2014 - 12:09
“Azərbaycanla matç çox vacib deyil”

“Azərbaycanla oyunda Rusiya millisinin baş məşqçisi Fabio Kapello yeniləri yoxlayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı futbol eksperti Valeri Reynqold deyib.

 

O bildirib ki, Rusiya yığması bu gün baş tutacaq yoldaşlıq oyununda Azərbaycan millisinə uduzmamalıdır: “O, ilk yarıda köhnələrə baxa bilər. Sonradan isə digərlərini sınayacaq. Bundan sonra özünü göstərə bilməyənlər yığmadan kənar düşəcək. Əlbəttə ki, bu matç rəsmi oyun olmadığından çox vacib deyil. Lakin Azərbaycana uduzmağımız çatmırdı. Hər halda, bu, futbolumuzun nüfuzudur. Bu qarşılaşma Kapellonun dəvət etdiyi futbolçular üçün ayxşı imtahandır”.