“Azərbaycanla oynamaq 8-9 il əvvəlkindən daha çətindi”
02.09.2014 - 15:15
“Azərbaycanla oynamaq 8-9 il əvvəlkindən daha çətindi”

Sabah Azərbaycan millisi ilə keçiriləcək yoldaşlıq oyunu ərəfəsində Rusiya yığmasının kapitanı Vasili Berezutskinin iştirakı ilə mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi şimallıların qarşıdakı iki oyunu ilə bağlı suallara cavab verib.

 

- Dünya çempionatındakı uğursuzluqdan sonra yığma özünə gələ bilib?

- Komandamız yaxşı əhval-ruhiyyədə hazırlaşır. Peşəkar idmançı məğlubiyyəti tez unutmalıdır. Qarşıda seçmə mərhələ və bu yarış üçün hədəflərimiz var. Biz də buna doğru irəliləyirik.

 

- Yığmanın düşərgəsində baş məşqçi Fabio Kapellonun köməkçisi Sergey Semak da yer alıb...

- Yığmamızın yeni məşqçisi Sergey Semakı hamımız tanıyırıq. Bu üzdən heç bir problem yoxdur. Diqqəti daha çox çəkən isə onu qeyri-adi göstərən saqqalıdır.

 

- Azərbaycanla əvvəlki oyunları necə xatırlayırsız? Bu matçdan nə gözləyirsiz?

- Azərbaycan millisi yaxşı, taktiki cəhətdən savadlı komandadır. Bu rəqiblə oynamaq 8-9 il əvvəlkindən daha çətin olub. Orada Avropa səviyyəli məşqçilər var, futbolçular da onların tapşırıqlarını düzgün yerinə yetirir. Dünyada zəif rəqib yoxdur. Buna dünya çempionatının final mərhələsində əmin olduq.

 

- Azərbaycan və Lixtenşteynlə matçlarda nə qədər azarkeş gözləyirsiz? Mundialdakı uğursuzluqdan sonra milliyə marağın azalmasınıə başa düşəcəksiz?

- Mən bunu heç vaxt başa düşməyəcəm. Mən vətənpərvərəm və ölkəmizin bütün idman növlərindəki yığmalarını nəticələrindən asılı olmayaraq, dəstəkləyirəm. Ümid edirəm ki, azarkeşlərimiz düzgün olanı edib, futbola gələcək və bizi dəstəkləyəcək. Mən ən ayxşıya ümid edirəm.

 

- Azərbaycanla oyun “Ximki Arena”da millinin ilk matçı olacaq...

- Bu stadion çox xoşuma gəlir. Burada futbola baxmaq da yaxşıdır. Düşünürəm ki, qarşıdakı iki oyun üçün bu arena optimal məkandır.

 

- Komandada peyda olan yeniləri necə qarşıladız?

- Onların hamısı yığmaya uyğunlaşır. Yığmada möhtəşəm ab-hava var.

 

- AVRO-2016-nın seçmə mərhələsində Rusiya millisinin heyətində ciddi islahatlar gözləniləndir?

- Nə qədər ki, bu oyunçular yığmaya lazımdır, baş məşqçi onları dəvət edir, yığmada çıxış edəcəklər. Heyətdəki yenilənmələri isə baş məşqçidən soruşa bilərsiz.