“Arena Ximki”də Azərbaycanla oyun böyük rezonans doğurmayacaq”
02.09.2014 - 22:22
“Arena Ximki”də Azərbaycanla oyun böyük rezonans doğurmayacaq”

Rusiya millisinin müdafiəçisi Vasili Berezutski sabah yığma komandamızla keçiriləcək yoldaşılq oyunu öncəsi “Arena Ximki” haqda  maralı açıqlama verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan MOİK-in futbolçusu baş məşqçi Berti Foqtsun yetirmələri ilə bu meydançada oynamağı optimal hesab edir.

 

Berezutski komandamızla qarşılaşmanı bu arenada böyük rezonans doğurmayacağını dilə gətirib: “Arena Ximki” mənim çox xoşuma gəlir. Bura yığcam stadiondur. Çox azarkeş tutumu olmasa da, əladır. Fanatların səsi yaxşı eşidilir. Azərbaycan və Lixtenşteylə oyunlar burada böyük rezonans doğurmayacaqlar. Elə məhz belə arenalarda oynamaq lazımdır. “Arena Ximki” bunun üçün optimaldır. Burada futbola baxmaq xoşdur. Mən heç “Lujniki”də oyurub oyun izləməyi sevmirəm”.

 

Qeyd edək ki, sentyabrın 3-də millimizlə “Arena Ximki”də qarşılaşacaq Rusiya 5 gün sonra Lixtenşteyini də burada qəbul edəcək.