“Azərbaycanla oyun ərəfəsində toplanış faydalı oldu”
21.02.2014 - 10:07
“Azərbaycanla oyun ərəfəsində toplanış faydalı oldu”

“Martda baş tutacaq yoxlama oyunları ərəfəsində belə bir təlim-məşq toplanışı keçirməyimiz yaxşı oldu. Malayziya və Azərbaycanla qarşılaşmalar ərəfəsində hazırlıq keçmək faydalıdır. İndi bu matçlara qədər nəyin üzərində çalışmalı olduğumuzu müəyyənləşdirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Filippin millisinin baş məşqçisi Tomas Dulu deyib.

 

Alman əsilli ABŞ-lı mütəxəssis yeni təyinat aldığı yığma ilə ilk təlim-məşq toplanışı haqda fikirlərini açıqlayıb. Duli martın 1-də Malayziya, 4 gün sonra Azərbaycanla keçiriləcək yoxlama oyunları ərəfəsindəki toplanışın faydasından vurğulayıb: “İndi futbolçularla söhbətlərimizdə onların qarşıdakı görüşlərdə nə edəcəyini deyə bilərik. Yığmada müəyyən dəyişikliklər edilməlidir ki, futbolçular özlərini daha rahat hiss etsin və matçlara konsentrasiya olsun. Düşünürəm ki, belə olsa yetirmələrim daha yaxşı oynaya bilər. Çempionat matçlarını izləməyim də xeyrimizdədir. Bu görüşlərdə 2-3 yeni futbolçu da diqqətimi cəlb edib”.

 

Qeyd edək ki, Azərbaycan – Filippin oyunu Dubay şəhərində keçiriləcək.