“Azərbaycanla oyun məhz bu axarda keçəcək”
03.09.2014 - 14:23
“Azərbaycanla oyun məhz bu axarda keçəcək”

“Azərbaycan artıq özünü ciddi rəqib kimi göstərib. Amma bu dəfəki qarşılaşma hər şeydən əvvəl yoldaşlıq oyunudur”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış rusiyalı məşqçi Vladimir Eştrekov deyib.

 

Uzun illər Moskva “Lokomotiv”ində çalışan mütəxəssis Azərbaycan və Rusiya yığmaları arasında bu gün keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “Komandaya yeni futbolçular cəlb olunub. Gənc oyunçularla tanış olmaq, yeni ifaçılara baxmaq lazımdır. Dünya çempionatından sonra ilk matçdır. Belə qarşılaşmada futbolçuların hansı durumda, nə dərəcədə hazır olduğunu görmək mümkündü. Elə Azərbaycanla oyun da bu axarda keçəcək”.