“Azərbaycanla oyun mənim üçün şansdır”
09.10.2014 - 12:06
“Azərbaycanla oyun mənim üçün şansdır”

Sabah AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə üz-üzə gələcək İtaliya yığmasının hücumçusu Simone Zaza oyun haqqında fikirlərini bildirib. Apasport.az xəbər verir ki, yerli mətbuata danışan forvard bunları söyləyib:

 

“Mənim məqsədim klubumda özümü yaxşı tərəfdən göstərib yenidən milli komandaya çağırılmaq idi. İndi buna nail olduğum üçün sevinirəm. “Sassuolo”ya yeni gələrkən bir az problemlərim oldu. Amma indi hər şey qaydasındadır. Sabah Azərbaycana qarşı matçımız var. İstəyirəm ki, meydana çıxım və özümü sübut edim. Bu matç mənim üçün bir şansdır”.

 

Qeyd edək ki, İtaliya – Azərbaycan matçı sabah Bakkı vaxtilə saat 23:45-də başlayacaq.

0