“Fikrimcə, Azərbaycanla oyun Rusiya milli komandasının tam gücünü göstərmədi”. Apasport.az xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq futbolçusu Aleksandr Mostovoy bildirib.
O deyib ki, Azərbaycan yığması zəif komanda olmasa da, yoldaşlıq oyunundakı 4:0 hesablı qələbə şimallılar üçün önəmli deyil: “Bizim millimizin əsl gücü dünya çempionatında göründü. Mən demək istəmirəm ki, rəqib çox zəif idi. Amma millimizlə müqayisə edə bilmərik. Azərbaycan kimi komandalarla oyun yığmamızın tam potensialını ortaya qoymur. Dünənki oyun göstərdi ki, belə rəqibə rahatlıqla qalib gələ bilərik. Həmin matç bizim tamamilə üstünlüyümüz şəraitində keçdi”.