“Azərbaycanla oyunda işimiz daha asan idi”
05.02.2014 - 13:20
“Azərbaycanla oyunda işimiz daha asan idi”

 

 

“Avropa çempionatının 1/4 final mərhələsində belə oyun göstərməyimiz çox üzücü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin futzalçısı Stefano Mamarella deyib.

 

Təcrübəli qapıçı Belçikada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin Xorvatiya ilə oyunu haqda fikirlərini açıqlayıb. Stefano 2:1 hesablı qələbəni qrup mərhələsinin son oyunu ilə müqayisə edib. Onun fikrincə, Azərbaycanı 7:0 hesabı ilə məğlub etmək daha asan başa gəlmişdi: “Matç ərzində cəmi iki qol vurduq. Azərbaycanla oyunda işimiz daha asan idi. Xorvatiya isə bizə boşluq vermirdi. Çünki onlar güclü müdafiəyə malik yaxşı komandadır”.

 

Qeyd edək ki, İtaliya sabah keçiriləcək yarımfinalda Portuqaliya ilə qarşılaşacaq.