[b]“Azərbaycanla yoldaşlıq oyununda meydana çıxmağım əla olardı”[/b]
19.08.2014 - 16:51
[b]“Azərbaycanla yoldaşlıq oyununda meydana çıxmağım əla olardı”[/b]

“Braziliyada keçirilən dünya çempionatındakı uğursuzluğu tez unutmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Andrey Semyonov deyib.

 

Azərbaycan yığması ilə sentyabrın 3-də keçiriləcək yoldaşlıq oyununa çağırılacaq heyətə namizədlərin ilkin siyahısında yer alan müdafiəçi baş məşqçi Fabio Kapellonun seçiminə münasibət bildirib: “Məşq prosesinə yeni düşüncələrlə yanaşmaq istəyirik. İlk növbədə Azərbaycanla yoldaşlıq oyununda meydana çıxmağım əla olardı. Həm də milli karyeramda yeni mərhələyə qədəm qoymağın vaxtı çatıb. Baş məşqçi nəyə qadir olduğumu yaxşı bilir. Axı Fabio Kapellonun rəhbərliyi altında ay yarım mundiala hazırlaşmışam. İtaliyalı mütəxəssis nə etdiyini yaxşı bilir”.

 

Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu Moskvada keçiriləcək.