Topaz Premyer Liqasında heç bir iddiası qalmayan “Bakı” artıq növbəti mövsümü düşünür. Apasport.az saytının əldə etdiyi məlumata görə, “zolaqlılar” sabah keçiriləcək XXXVI turun “Rəvan”la oyunundan sonra istirahətə çəkiləcək.
İstirahət iyunun 25-də başa çatacaq. Bütün futbolçular klubun bazasında bir araya gəldikdən sonra burda 5 günlük bərpa məşqləri keçiriləcək. Bundan sonra “Bakı” birbaşa Avstriyaya yola düşəcək. Serbiyalı baş məşqçi Milinko Pantiç Mərkəzi Avropa ölkəsində uzun müddətli təlim-məşq toplanışı keçirilməsinin tərəfdarıdır. Ölkə xaricindəki hazırlığın müddəti təxminən 1 ayı – iyulu əhatə edəcək.
Qeyd edək ki, bu hazırlıqlara “Bakı”nın Akademiyasından çox sayda futbolçunun aparılması da nəzərdə tutulub.