“Yure Travner şəxsi problemləri olduğu üçün hələ də ölkəsindən qayıtmayıb. Onun komandamızda karyerasını davam etdirib-etdirməyəcəyi məlum deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.
O, kredit borcu olduğu üçün ölkəsi Sloveniyadan çıxa bilməyən Travnerə yeni müqavilə təklif edəcəklərini bildirib. Lakin bunun üçün futbolçu fədakarlıq etməli olacaq: “Travnerin klubla müqaviləsi yanvara qədərdi. Əgər ordakı problemlərini yoluna qoya bilsə, ona yeni müqavilə təklif edəcəyik. Amma bizim şərtlərimizlə razılaşmaq şərti ilə. Bu cür təcrübəli futbolçuların olmağı komandamızın gənc oyunçularının inkişafı üçün də təkan olar. Biz də Travner kimi oyunçuların təcrübəsindən yararlanmaq istəyirik”.
Qeyd edək ki, Yure Travner artıq iki aydan çoxdu “Bakı”dan ayrı düşüb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı