“Bakı”nın U-19 komandasının Fransanın Lans şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir. Apasport.az klub saytına istinadən xəbər verir ki, bu gün “zolaqlılar” səhər saatlarında növbəti məşqini keçirdi.
Budəfəki məşq də fransız məşqçilərin nəzarəti altında keçib. Əsasən toplu çalışmalar fiziki və texniki təmrinlər üzərində qurulan məşq təxminən bir saat davam edib.
Axşam saatlarında isə Qəhrəman Əliyevin yetirmələri təlim-məşq toplanışı çərçivəsində yerli “Avion” klubu ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyun paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 0:2.
Qeyd edək ki, “Bakı” yoxlama matçına bu heyətlə çıxıb: S. Əliyev (Y. Şirinov 77), Ş. Məmmədov, Y. Hakimov, R. Ağaverdiyev, M. İlyasov (N.Qocayev 70), Y. Bağırov, N. Dosayev (N. Salayev 40), Ə. Əlimərdanlı, E. Sayılov, V. Namazəliyev (L. Qocayev 65), R. Kərimov.