“Bakı” haqda qərarı AFFA verəcək
08.07.2014 - 12:02
“Rauf Əliyevlə Əfran İsmayılov böyük ehtimalla bu gündən azad futbolçu olacaqlar”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.
Klub rəsmisi bildirib ki, hər iki futbolçu haqqında qərarı AFFA verəcək: “Hazırda bu yöndə işlər davam edir. Hər iki futbolçu bizə müraciət etdi və azad agent statusu almaq istədiklərini bildirdilər. Biz də öz növbəmizdə onlara şərait yaratdıq. Amma son qərarı AFFA verəcək. Çox güman həm Rauf, həm də Əfran bu gün “Bakı”dan transfer vərəqələrini alacaqlar”.
0
0