“Bakı” narahatdı: O, Kalonasın yerini dolduracaq
07.02.2014 - 13:53
“Bakı” narahatdı: O, Kalonasın yerini dolduracaq

“Allaha şükür ki, III dövrəyə yaxşı başladıq. Qarşıdakı yol necədisə, elə də mübarizəni davam etdirməliyik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.

 

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XX turunda Zaqatalaya səfər edəcək. Burada yerli “Simurq”un qonağı olacaq “zolaqlılar”ın çalışdırıcısı oyunla bağlı fikirlərini bildirib.

 

O, klubun saytına açıqlamasında “Simurq”u bərk, möhkəm oyun göstərən komanda kimi xarakterizə edib: “Ev komandası sayılan bir kollektivə qarşı döyüşəcəyimizi bilirəm. Belədə kim deyə bilər ki, biz asan qələbə qazanacağıq?! “Simurq”un evdə yaxşı oynaması məni çox narahat edir. Qış fasiləsində “Bakı”ya yeni oyunçuların alınmamağına gəlincə, artıq bir hücumçu ilə ilkin razılıq əldə olunub. O, gələn həftə düşərgəyə təşrif buyuracaq. Ancaq rəsmi müqavilə bağlanmadan onun adını açıqlaya bilmərəm. Nəticədə qış fasiləsində komandanı tərk edən Mindauqas Kalonasın yeri dolmuş olacaq”.