"Qarabağ"dan darmadağın
09.03.2014 - 19:50
"Qarabağ"dan darmadağın

 

 

Topaz Premyer Liqasında XXV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, turun ilk günündə 3 qarşılaşma baş tutub.

 

Çempionatın autsayderlərindən biri olan “Rəvan” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edib. Bu tura qədər cəmi 1 qələbə qazanan “Rəvan” gözlənilmədən cənubluları 2:1 hesabı ilə məğlub edib. Maraqlıdır ki, qələbə topu son dəqiqədə vurulub.

 

Digər qarşılaşmalarda “Azal” öz meydanında 0:2 hesabı ilə “Simurq”a, “Sumqayıt” isə 0:1 hesabı ilə “İnter”ə məğlub olub.

 

Bu gün baş tutan oyunlar isə ilk “beşlik”də qərarlaşanların iştirakı ilə keçirilir. Əvvəl son turların uğursuzları “Qəbələ” ilə “Neftçi” üz-üzə gəlib. Artıq 5 matçdır qələbə həsrətində olan paytaxt təmsilçisi nəhayət ki, tilsimi qırıb və səfərdən 3 xalla qayıdıb.  

 

Tura liderin görüşü ilə yekun vurulub. 3-cü pillədə qərarlaşan “Bakı”nı qəbul edən “Qarabağ” rəqibindən də 3 xal alıb və izləyiciləri ilə xal fərqini artırıb. 

Topaz Premyer Liqası

XXV tur

 

9 mart 


“Qəbələ” – “Neftçi” - 1:2
Qollar: Lorenzo Ebesillo, 72 - Bahodır Nasimov, 29, 64.


“Qarabağ” – “Bakı” - 4:0

Qollar: Marinaldo Silva, 17; Reynaldo Silva, 28,42; Leroy Corc, 67

 

 

8 mart (şənbə)

 

“Sumqayıt” – “İnter” - 0:1
Qol: Vaqif Cavadov, 63.

 

“Rəvan” – “Xəzər Lənkəran” - 2:1
Qollar: Orxan Lalayev, 32; Miloş Adamoviç, 90+3 – Nikola Qliqorov, 12.



AZAL - “Simurq” - 0:2
Qollar: Stepan Polyak, 29; Draqan Çeran, 87.

 

 

 

 

komanda

o

q

h

m

t

x

1

Qarabağ

25

15

7

3

44-14

52

2

Qəbələ

25

13

4

8

35-23

43

3

İnter

25

12

6

7

37-27

42

4

Neftçi

25

12

6

7

37-32

42

5

Bakı

25

12

5

8

40-27

41

6

Simurq

25

8

9

8

25-19

33

7

Xəzər L

25

7

10

8

26-35

31

8

AZAL

25

6

8

11

24-36

26

9

Rəvan

25

3

8

14

15-43

17

10

Sumqayıt

25

2

7

16

16-43

13

 

​​Bombardirlər: Reynaldo (“Qarabağ”) – 13,  Vaqif Cavadov (“İnter”) – 12.