“Bakı” yenə qalib gələ bilmədi
17.01.2015 - 22:14
Topaz Premyer Liqasında mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Bakı" bu gün növbəti yoxlama matçınkı keçirib. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” "İnter"in əvəzedici heyəti ilə qarşılaşıb.
“İnter Arena”da baş tutan görüşdə "Bakı" yenə uduzub. Oyun 2:0 hesabı ilə “bankirlər”in xeyrinə başa çatıb.
Qeyd edək ki, "Bakı" ilk yoxlama görüşündə də "Sumqayıt"a darmağdın olmuşdu - 1:5.
0
0