“Bakı” nəqliyyat vasitəsini dəyişdi
07.02.2014 - 16:28
“Bakı” bu gün axşam saatlarında “Simurq”la XX turun oyunu üçün Zaqatalaya səfər edəcək. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” bu səfər üçün ənənəvi üsul olan avtobusdan yararlanmayacaq.
Paytaxt təmsilçisi şimal şəhərinə qatarla gedəcək. Bunun səbəbi isə Zaqatalaya gedən yolların şaxtalı hava şəraiti üzündən əlverişsiz vəziyyətə düşməsidir.
Qeyd edək ki, “Simurq” cari mövsüm ilk dəfə “Bakı”nı Zaqatalada qəbul edəcək. Bu görüş fevralın 9-da saat 15:00-da başlayacaq.
0
0