“Bakı”da yeni əcnəbi futbolçu
17.01.2015 - 16:40
“Bakı”da yeni əcnəbi futbolçu

2012-13 mövsümündə “Kəpəz”in heyətində Premyer Liqada iştirak etmiş Bujamin Asani karyerasını yenidən Azərbaycanda davam etdirməyə çox yaxındı. Apasport.az saytının məlumatına görə, makedoniyalı yarımmüdafiəçi hazırda ölkəmizdədi və “Bakı”nın heyətində məşq edir.

 

Bu xəbəri əməkdaşımızla söhbətində klub rəsmiləri də təsdiqləyiblər. Lakin Asani paytaxtımıza heç də müqavilə bağlamağa gəlməyib. Belə ki, futbolçu baxışdan keçəcək və yalnız bundan sonra onun komandada qalıb-qalmayacağına qərar veriləcək.

 

Qeyd edək ki, hazırda “Bakı”nın cəmi 2 əcnəbi futbolçusu var. Bunlar kiprli müdafiəçi Georgios Pelagios və braziliyalı hücumçu Jabadı. Digər əcnəbilər Risto Ristoviç və Lukas Mario Horvat isə komandaya qayıtmaqdan imtina ediblər.