“Yure Travnerin “Ridinq” klubunun düşərgəsində olması xəbərini mən də mətbuatda görmüşəm. Bunu öncə futbolçunun özündən dəqiqləşdirəcəyik. Sonra onunla bağlı bir qərara gələcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.
Məsələ burasındadı ki, iki aydan çoxdu ölkəsi Sloveniyada olan və borcu olduğunu əsas gətirərək Azərbaycana qayıtmayan Yure Travner İngiltərənin Çempionşip liqa təmsilçisi “Ridinq”də peyda olub.
Seyidov isə hələ də Travnerin onları aldatdığına inanmaq istəmir: “Yure Sloveniyada olanda bizə rəsmi məktub yollamışdı ki, borcu olduğu üçün qayıda bilmir. Hətta ona yardım da etmək istəmişdik. İndi isə deyirsiz ki, İngiltərədədi. Travner təcrübəli futbolçudu, belə bir hərəkət edəcəyinə inanmıram. “Ridinq” özü də peşəkar klubdu, başqa komandaya məxsus olan bir oyunçunu necə heyətə cəlb edə bilərlər? Travnerin bizimlə müqaviləsi mövsümün sonuna qədərdi. Onunla danışıb, dəqiqləşdirdikdən sonra yığışıb bir qərara gələcəyik. Hazırda isə bizə məxsusdu və razılığımız olmadan heç yerə gedə bilməz”.
Qeyd edək ki, Yure Travner “Ridinq”in heyətində hətta yoxlama görüşlərində də meydana çıxıb və baş məşqçinin etimadını doğrulda bilib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı