“Bakı”dan təkzib
04.12.2014 - 11:42
“Bakı”dan təkzib

“Aqil Məmmədovla bağlı yayılan məlumatlar tamamilə yanlışdı”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.

 

Ölkə mətbuatında qapıçı Aqil Məmmədovun komandadan ayrıldığı ilə bağlı məlumatlar yayılıb. Lakin Seyidov  bildirib ki, başda Aqil olmaqla, heç bir futbolçu “Bakı”dan ayrılmayıb: “Aqil dünən “Sumqayıt”la oyunda iştirak etdi. Ən azı mövsümün sonuna qədər də onu buraxmaq fikrimiz yoxdu. Bir sözlə, Aqil Məmmədov komandadan getməyib”.

 

Qeyd edək ki, Aqil Məmmədov 2007-ci ildən “Bakı”nın formasını geyinir.