“Bakı”nın braziliyalı futbolçusunun gəlişi niyə yubanır?
12.01.2015 - 17:44
“Bakı”nın braziliyalı futbolçusunun gəlişi niyə yubanır?

Təlim-məşq toplanışını ölkə daxilində davam etdirən 3 klubdan olan “Bakı” bu gün növbəti məşqini keçib. Apasport.az saytının məlumatına görə, “zolaqlılar”ın bir əcnəbisi artıq düşərgədədi.


Bu, kiprli müdafiəçi Georgios Pelagiasdı. Kiprli oyunçu hazırda kollektivlə məşqlərdə iştirak edir. Yanvarın 10-da Bakıya gəlişi gözlənilən Jaba isə hələ də gəlib çıxmayıb. Klubdan aldığımız məlumata görə, braziliyalı hücumçu sabah kollektivə qoşulacaq.

 

Digər əcnəbi futbolçular Lukas Mario Horvat və Risto Ristoviç isə maaşları ödəniləcəyi təqdirdə komandaya dönəcəklərini bildiriblər.