“Bakı”nın futbolçusu “Lans”a keçə bilər
07.01.2015 - 16:37
“Bakı”nın futbolçusu “Lans”a keçə bilər

“Bakı”nın daha bir neçə futbolçusu Fransa və İspaniyaya yollana bilər. Apasport.az saytının məlumatına görə, qış fasiləsindən sonra “Lans” və “Atletiko”nun nümayəndələrinin paytaxta səfəri gözlənilir.

 

Hər iki klubun nümayəndələri “Bakı” Futbol Akademiyasının futbolçularını yerindəcə izləyəcək və bəyəndikləri oyunçuları öz akademiyalarına aparacaqlar. Bundan əlavə, “Lans”ın əsas komandasında da bir futbolçumuz çıxış edə bilər. Söhbət Rəhman Hacıyevdən gedir. Hazırda müqavilə ilə “zolaqlılar”a məxsus olan Hacıyevin “Lans”a birbaşa müqaviləyə yollanma ehtimalı var. Bu məlumat klub rəhbərliyi tərəfindən də təsdiqlənib.

 

Qeyd edək ki, həm “Lans”, həm də “Atletiko” “Bakı”nın tərəfdaşıdı.

 

Ruslan SADIQOV