[b]Böyükağa Hacıyev “Partizan”ın baş məşqçisini Bakıda “yaxaladı”[/b]
16.08.2014 - 20:35
[b]Böyükağa Hacıyev “Partizan”ın baş məşqçisini Bakıda “yaxaladı”[/b]

“Bakı” bir çox komandalara baş ağrısı olacaq”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının II turunda “Bakı” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra deyib.

“Ağ-qaralar”ın çalışdırıcı bildirib ki, Avropa Liqasının pley-off mərhələsində rəqibləri olan “Partizan”ın baş məşqçisi də oyunu izləyirdi: “Partizan” haqqında tam anlayışımız var, onların oyununu izləməyə ehtiyac duymuram. Qələbə qazanacağımıza əmin idik. İlk 3 xalı qazanmaq istəyirdik, buna nail olduq. Böyük hesablı qələbəyə ehtiyacımız yoxdur. Rəqib komandada istək, əzmkarlıq var idi. Nikolas Kanales komandanın düşərgəsinə tam hazır vəziyyətdə gəlib. Kanalesi testdən keçirmişik, onunla bağlı problemimiz yoxdur”.

 

 “Bakı”nın baş məşqçisi İbrahim Uzunca isə bildirib ki, oyun heç-heçə başa çatmalı idi: Premyer Liqada çıxış etməyimizlə bağlı sıxıntımız var idi. Başda Hafiz Məmmədov olmaqla, bu komandanı çempionata qazandırdıqları üçün hamıya təşəkkür edirik. Son 6 ildə “Bakı” klubunun futbol akademiyasından bir çox futbolçu yetişdirdik. Futbolçularımı göstərdikləri mübarizə əzminə görə təbrik edirəm. Fikrimcə, oyun heç-heçə başa çatmalıydı. Kiçik bir səhvdən qapımızda qol gördük. 1-2 həftə sonra tam hazır olmağa çalışacağıq. Məqsədimiz Premyer Liqada yerimizi qorumaq və futbolumuza yeni oyunçular yetişdirməkdi” (pfl).