“Qarabağ”la oyun mənim üçün çox önəmlidi. Çünki bu görüşdə özümü göstərmək imkanım olacaq və bundan da maksimum yararlanmalıyam”. Apasport.az saytının xəbərinə görə, bu sözləri İtaliya “İnter”inin yarımmüdafiəçisi Rene Krhin deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la keçiriləcək oyun barədə “İnter”in rəsmi saytına danışan 24 yaşlı sloveniyalı futbolçu Bakıya qələbə dalınca gələcəklərini deyib: “Bütün məşqlərdə var gücümlə çalışıram ki, daim hazır olum. “İnter”in çox güclü oyunçuları var. Bilirəm ki, əsas heyətə düşmək üçün hələ bir qədər gözləməliyəm. Bakıda sübut etməliyik ki, “İnter”in gəncləri də güclüdü və əsas heyətə yaxşı alternativlər var. Bu səbəbdən də səfərə yalnız qələbə üçün yollanırıq. “İnter” hər zaman ən yaxşı yerə layiq komandadı”.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu sabah saat 21:00-da start götürəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı