"Bakı"nın İspaniyada təşkil olunmuş təlim-məşq toplanışı davam edir. Apasport.az klub saytına istinadən xəbər verir ki, “zolaqlılar” bu gün yoxlama matçı çərçivəsində Ukrayna təmsilçisi "Dnepr"lə qarşılaşıb.
Oyunundan əvvəl 20 yanvar faciəsinin qurbanları anılıb. Paytaxt klubunun futbolçuları meydançaya qara sarğı ilə çıxıb və qarşılaşmanın start fitindən əvvəl bir dəqiqəlik sükut elan olunub. Maraqlı mübarizə şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb.
"Bakı" – "Dnepr" – 0:0
"Bakı": A. Məmmədov (Nureddinoski 45), Ş. Əliyev, Qonzalez, Pelagias, Travner, V. Mustafayev, Horvat, Çesnauskis (Junior 70), Noqeyra (Ristoviç 81), C. Hüseynov (E. Məmmədov 45) R. Əliyev (Qürbətov 80)