“Şalke”nin yarımmüdafiəçisi Leroy Sane karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 20 yaşlı futbolçu La Liqa nəhənglərinin maraq dairəsinə düşüb.
Əzəli rəqiblər “Barselona” və “Real” Almaniya millisinin debütantı uğrunda mübarizəyə qoşulublar. Hər iki komanda artıq almanlara rəsmi təklif göndərib. Lakin İspaniya nəhəngləri bu mübarizədə tək deyillər. “Mançester Siti” də Saneni heyətinə qatmaq niyyətindədi. Futbolçunun 2019-cu ilə qədər məxsus olduğu “Şalke” isə onun keçidindən yüksək məbləğdə pul qazanmağı planlaşdırır.
Qeyd edək ki, bu mövsüm Bundesliqanın 17 matçında iştirak edən Leroy Sanenin aktivində 4 qol və 4 məhsuldar ötürmə var.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi