“Barselona” – “Atletiko” matçında kataloniyalılar üçün xoşbəxt hakim
13.05.2014 - 23:57
“Barselona” – “Atletiko” matçında kataloniyalılar üçün xoşbəxt hakim

 

“Barselona” və “Atletiko Madrid” matçının hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “qızıl oyun” Valensiyadan olan hakim Mateu Laosa tapşırılıb.

 

La Liqanın texniki komitəsi Laosun hazırkı mövsümdə yüksək iş səviyyəsini qiymətləndirərək, məsuliyyətli matçı ona həvalə edib.

 

Maraqlıdır ki, Kataloniya klubu İspaniya çempionatı çərçivəsində Lousun idarə etdiyi matçlarda bir dəfə belə uduzmayıb. Amma bu faktı kubok oyunlarına şamil etmək olmaz. Məsələn, İspaniya kubokunun son finalı da Laosa tapşırılıb və həmin oyunda “Real Madrid” 2:1 hesabı ilə qələbə qazanaraq, kuboku əldə edib.