“Barselona” “Atletiko”nun müdafiəçisini istəyir
28.05.2014 - 20:02
“Barselona” “Atletiko”nun müdafiəçisini istəyir

 

“Barselona” futbol klubu mərkəz müdafiəçisi Mirandanı almaq üçün “Atletiko Madrid”lə danışıqlar aparır. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 29 yaşlı braziliyalı müdafiəçinin əvəzində 10 milyon avro və yarımmüdafiəçi Kristian Telyonu verməyə hazırdır.

 

Qeyd edək ki, bundan əvvəl “Atletiko”nun Mirandanı 20 milyon avro müqabilində satmağa hazırlaşdığı bildirilirdi. “Barselona”nın isə Telyonu “Real Sosyedad”ın qapıçısı Klaudio Bravonun əvəzinə verəcəyi iddia olunurdu.