“Barselona” “Mançester Yunayted”ə çatdı
25.02.2015 - 00:05
“Barselona” “Mançester Yunayted”ə çatdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində səfərdə “Mançester Siti” ilə qarşılaşan “Barselona” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu yubiley matçına çıxıb.

 

İspaniya təmsilçisi 200-cü görüşünü keçirir. “Barsa” bu göstərici ilə “Mançester Yunayted”ə (200) çatmış olub. Ən çox oyun keçirən isə Madrid “Real”ıdı – 207.

 

Qeyd edək ki, sözügedən qarşılaşmada “Barselona” matçın 16-cı dəqiqəsində Luis Suaresin tək qolu ilə öndədi.