“Barselona” “yeni Messi”sini tapdı
27.05.2014 - 00:52
“Barselona” “yeni Messi”sini tapdı

 

“Barselona” futbol klubu Zaqreb “Dinamo”sunun yarımmüdafiəçisi Alen Xəliloviçlə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, “yeni Messi” adlandırılan 17 yaşlı xorvatla müqavilə 2019-cu ilə qədər nəzərdə tutulub.

 

Xəliloviç hələlik əsas heyətdə deyil, “Barselona B”nin heyətində oynayacaq. Müqavilənin dəyəri 2,2 milyon avrodur.

 

Xəliloviç belə möhtəşəm gündə xoşbəxt olduğunu bildirib: “Mən “Barsa”nın fanatıyam və klub haqqında hər şeyi bilirəm. Çox xoşbəxtəm ki, mənə dünyanın ən böyük klubunun bir hissəsinə çevrilməyə imkan verilib”.