“Barselona” futbol klubu “Mançester Siti”nin argentinalı hücumçusu Serxio Aqueronu almaq istəyir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Luiç Enrike hücum xəttini gücləndirmək istəyir və Aquero klubun əsas transfer hədəfidir.
Artıq “Barselona”nın “Mançester Siti” ilə danışıqlara başladığı bildirilir. Kataloniya klubu futbolçunun müqabilində ilkin olaraq 38 milyon avro təklif edib. Hücumçu özü də “Barselona”ya keçməyə razılıq verib.
Qeyd edək ki, “Mançester Siti” Aqueronu 3 l əvvəl 44 milyon avroya alıb. Xatırladaq ki, bir neçə gün öncə “Real Madrid”in də Aqueronu almaq üçün danışıqlara başladı iddia olunurdu.