“Barselona” daha bir futbolçusunu itirdi
05.11.2015 - 13:46
“Barselona” daha bir futbolçusunu itirdi

“Barselona”nın daha bir futbolçusu sıradan çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi İvan Rakitiç də bir müddət kollektivdən ayrı qalmalı olacaq.

 

Çempionlar Liqasının qrup mərhələsində dünən BATE (3:0) ilə qarşılaşmanın 20-ci dəqiqəsində zədələnərək əvəzlənən xorvatiyalı oyunçu artıq tibbi müayinədən keçib. Sağ ayaq əzələsində problem yaşayan ulduz futbolçunun nə zaman məşqlərə başlaya biləcəyi hələ bəlli deyil. Lakin Rakitiçin İspaniya La Liqasının XI turunda “Vilyarreal”la görüşdə meydançaya çıxmayacağı dəqiqdi.

 

Qeyd edək ki, “Barselona”nın lideri Lionel Messi də artıq bir aydan çoxdu zədədən əziyyət çəkir.