“Barselona” Dani Alves və Sonqu sata bilər
07.03.2014 - 04:10
“Barselona” Dani Alves və Sonqu sata bilər

 

 

“Barselona” futbol klubunun yay mövsümündə iki oyunçusu ilə yollarını ayıracağı gözlənilir. Apasport.az saytının məlumatına görə, bunlar müdafiəçi Dani Alves və havbek Aleks Sonqdur.

 

Kamerunlu Sonq bu mövsüm komandanın heyətinə düşə bilmir. O, çempionatda cəmi 12, Çempionlar Liqasında isə 4 oyuna çıxıb. Dani Alves isə mütəmadi olaraq yaşıl meydandadır. Alves çempionatın 17 oyununda 2, Çempionlar Liqasının 5 oyununda isə 1 qol vurub. Braziliyanın mümkün satışının yeganə səbəbi kimi onun yaşı göstərilir. May ayında braziliyalının 31 yaşı olacaq.