“Barselona” 2014/15 mövsümündə daha bir göstəricisinə görə Avropanın ən güclüsüdü. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu top fərqinə görə liderdi.
“Barselona” bu mövsüm bütün turnirlərdə 129 qol vurub, 28-ni buraxıb. Bu isə “Barsa”nın 101 qolluq üstünlüyü deməkdi. Bu baxımdan ikinci yeri 81 qol fərqi ilə “Bavariya” tutur. “Real” isə +80-lə ilk “üçlüy”ü qapayır. Digər yerləri müvafiq olaraq “Çelsi” (+58), “Yuventus” (+53), “Atletiko” (+45) və PSJ (+44) tuturlar.
Qeyd edək ki, “Barselona”nın cari mövsümdəki 129 qolundan 43-nü Lionel Messi, 26-nı isə Neymar aktivinə yazdırıb.