Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə “Mançester Siti”ni (0:2) məğlub edən “Barselona” daha bir hadisə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu bu turnirin ən çox penalti qazanan komandası olub.
Belə ki, rəqib qapısına ilk qolu məhz penaltidən vuran Xerardo Martinonun yetirmələri ÇL-də 36-cı dəfə 11 metrlik cərimə zərbəsini yerinə yetiriblər. Bununla da, kataloniyalılar bu turnirdə 35 dəfə penalti qazanan əzəli rəqibləri "Real"ı (Madrid) geridə qoyublar.
Qeyd edək ki, İspaniya təmsilçilərini "Bavariya" (26 penalti) və "Arsenal" (25 penalti) kimi klublar təqib edir.