“Barselona” futbol klubu Fransa çempionatına keçid variantını nəzərdən keçirir. Apasport.az saytının məlumatına görə, bu qeyri-standart addım Kataloniyanın İspaniyadan ayrılacağı təqdirdə atılacaq.
Kataloniya İspaniyanın tərkibində tarixi region və muxtar cəmiyyətdir. Katalonlar ispanlara qarşı mənfi münasibətləri ilə məşhurdurlar və hətta oyunlar zamanı İspaniya himnini fitə basırlar.
Kataloniya İspaniyadan ayrılsa, “Barselona” regional çempionatda oynamalı olacaq. Bu zaman 22 dəfə İspaniya çempionu olan komandanın rəqibi də olmayacaq və klubun ümumi səviyyəsi aşağı enəcək. “Barselona”ya Kataloniyanın ancaq bir komandası – “Espanyol” hansısa dərəcədə müqavimət göstərə bilər.
Kataloniya uzun müddət müstəqillik uğrunda mübarizə aparıb və hazırda muxtariyyətə, rəsmi katalon dilinə və katalonların ispanlardan fərqli xalq olmasının tanınmasına nail olub.