“Barselona” hücumçusu ilə müqaviləni yenilədi
29.01.2014 - 01:38
“Barselona” gənc hücumçusu Jan-Mari Donqu ilə müqaviləni yeniləyib. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, 18 yaşlı futbolçu ilə müqavilənin müddəti 2017-ci ilin 30 iyununa qədər uzadılıb.
Qeyd edək ki, “Barselona” futbol məktəbinin yetirməsi olan kamerunlu forvard ötən ildən əsas komanda ilə çıxış edir.
0
0