“Barselona” Luis Suareslə 5 illik müqavilə bağlayır
11.07.2014 - 17:17
“Barselona” Luis Suareslə 5 illik müqavilə bağlayır

Aleksis Sançesi “Arsenal”a satan “Barselona” uzun müddətdir heyətinə qatmaq istədiyi Luis Suaresin transferini həll edib. Apasport.az xəbər verir ki, artıq katalon klubu “Liverpul”la razılığa gəlib.

 

Uruqvaylı hücumçu növbəti həftə İspaniyaya gəlib rəsmi müqaviləyə qol çəkəcək və ictimaiyyətə təqdim olunacaq. “Barsa” 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalamağı nəzərdə tutub.

 

Ötən mövsüm İngiltərə çempionatının bombardiri olmuş forvard 9 nömrəli futbolkanı geyəcək.