“Barselona” Nolitodan əl çəkmir
20.02.2016 - 16:53
“Barselona” “Selta”nın futbolçusu Nolito ilə yenidən danışıqlara başlayıb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 29 yaşlı hücumçunu transfer etməkdə israrlıdı.
“Barsa” rəhbərliyi Nolitonu yayda heyətinə cəlb etmək niyyətindədi. Futbolçunun özü də karyerasını “Barselona”da davam etdirmək istəyir. Nolito bu səbəbdən İngiltərə və Çindən gələn təklifləri qəbul etməyib.
Nolitonun transfer qiyməti 18 milyon avro olaraq, dəyərləndirilir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0