“Barselona” prezidenti Messinin tərəfində
10.01.2015 - 01:47
“Barselona”nın hücumçusu Lionel Messi İspaniya kubokunun 1/8 final matçı çərçivəsində “Elçe" üzərində qazanılan qələbədən (5:0) sonra klub prezidenti Xosep Mariya Bartomeu ilə görüşüb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin rəhbərliyi ilə söhbətin gedişatında argentinalı futbolçu təsdiq edib ki, komandanın baş məşqçisi Luis Enrike ilə onun arasında problemin yaşanması doğrudu.
İspan telekanalı iddia edir ki, Bartomeu Messini inandırıb ki, klub yeni əməkdaşın məşqçi qərargahına əlavə etmənin imkanına baxır.
0
0