“Barselona” PSJ-nin oyunçusuna 50 milyon verir
08.07.2014 - 00:42
“Barselona” PSJ-nin oyunçusuna 50 milyon verir

 

“Barselona” futbol klubu “Pari Sen-Jermen”in mərkəz müdafiəçisi Tyaqo Silvanın alınması ilə bağlı danışıqları bərpa edib. Apasport.az saytının məlumatına görə, tərəflər Braziliya yığmasının 29 yaşlı oyunçusunun Kataloniya klubuna keçməsi barədə razılıq əldə ediblər.

 

Silvanın “Barsa”ya keçməsi dünya çempionatı bitəndən sonra elan ediləcək. Transfer 50 milyon avroya başa gələcək.